“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev
Əsas səhifəXəbərlər

Xəbərlər

ETİHİ ittifaq üzvləri üçün tətil günlərində bayram düşərgəsi təşkil edib

News Image

ETİHİ ittifaq üzvləri üçün tətil günlərində bayram düşərgəsi təşkil edib

Ramazan və Novruz bayramları münasibətilə tətil günlərində təşkil edilən düşərgəyə 800-ə yaxın ittifaq üzvü cəlb olunub.


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsi tərəfindən “Təhsil İstirahət Mərkəzində ” ali, orta ixtisas və peşə təhsili müəssisələrinin əməkdaşları üçün “Novruz 2026” adlı düşərgə təşkil olunub.


İki mərhələdə tışkil edilən düşərgədə ümumilikdə 800-ə yaxın təhsil işçisi iştirak edəcək.


Düşərgənin 1-ci hissəsinin açılış mərasimində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə çıxış edərək komitə sədri Araz Paşayevin Müqəddəs Ramazan və Novruz bayramları münasibətilə təhsil işçilərinə təbriklərini çatdırıb, düşərgədə iştirak edən respublikanın müxtəlif bölgələrindən olan ali, orta ixtisas və peşə təhsili müəssisələrində çalışan ittifaq üzvlərinə xoş istirahət və gələcək fəaliyyətlərində uğurlar arzu edib.


Tətil günlərində davam edən düşərgə proqramı çərçivəsində təhsil işçiləri üçün zəngin və çoxşaxəli maraqlı fəaliyyət planı hazırlanıb. Proqram həm milli-mədəni dəyərlərin təbliğini, həm də təhsil işçilərinin peşəkar inkişafını təşviq etməyə yönəlib.


Bayram tədbirləri çərçivəsində Novruzun qədim ənənələrini əks etdirən müxtəlif mədəni və əyləncəli tədbirlər təşkil edilib.


Bununla yanaşı, düşərgə müddətində Azərbaycanın tanınmış elm xadimləri və mütəxəssislərinin iştirakı ilə müxtəlif mövzularda təlim və seminarlar da təşkil olunacaq.

ETİHİ Respublika Komitəsinin üzv təşkilatlarında təhsil işçilərinə iftar süfrələri təşkil edilib.

News Image

ETİHİ Respublika Komitəsinin üzv təşkilatlarında təhsil işçilərinə iftar süfrələri təşkil edilib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının şəhər və rayon üzv təşkilatları tərəfindən müqəddəs Ramazan ayı münasibətilə iftar süfrələri təşkil olunub.


Bu tədbirlərdə şəhid və qazi ailələri, ittifaq üzvləri, həssas sosial qrupdan olan şəxslər iştirak edib, birlik və həmrəylik ruhu, milli-mənəvi dəyərlərə bağlılıq xüsusi vurğulanıb.


İftar süfrələrində Azərbaycanın bütövlüyü uğurunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, xalqımızın əmin amanlığı, sabitliyi üçün dualar oxunub, mərasim tədbir iştirakçılarının xoş təssüratları ilə davam etdirilib.